"Galaxy Fold 2" smartfonunun renderi təqdim edilib.

Open.az xəbər verir ki, model - ultra nazik şüşə ilə təchiz edilərək iki ekranın birləşəcəyi hissədə artıq qat əmələ gətirməyəcək. Cihaz S Pen stilus dəstəyi, 5G şəbəkə və üç kamera modulu (12 МP + 16 МP + 64 МP) ilə təmin olunacaq.

Smartfonun təqdimatının 5 avqust tarixində keçiriləcəyi deyilir. Son məlumatlara əsasən, "Galaxy Fold 2" daha əvvəl təqdim edilən modeldən cəmi 100 avro baha olub, 2199 avroya satışa çıxarılacaq.

Günel Gözəlova