“Skype” proqramının işindəki ciddi pozuntulardan sonra nasazlıq aradan qaldırılıb.
Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Skype" istifadəçiləri məlumat yayıblar.
Qeyd edək ki, təxminən saat 04:14-dən bəri istifadəçilərin çoxu “Skype”a qoşulmaqla bağlı problemlə üzləşib.
Sistemə daxil olan bir çox istifadəçilər isə səsli zəng xidmətindən yararlana bilməyiblər.
Xatırladaq ki, "Skype" şirkətinin əsası 2003-cü ildə qoyulub. Onun qərargahı Lüksemburqda yerləşir. 2011-ci ildə "Microsoft" korporasiyası 8,5 milyard dollara "Skype"ı alıb.
Gülnar Qafarlı