"Apple" şirkətinin virtual köməkçisi "Siri" yeniləndikdən sonra istifadəçilərdə koronavirus simptomlarını aşkarlaya biləcək.

Open.az xəbər verir ki, "Apple" yenilənmə zamanı ABŞ-ın səhiyyə təşkilatlarına məxsus məlumatlardan istifadə edib.

"Siri-nin" köməyindən yararlanmaq üçün: "Siri, koronavirusa yoluxmuşam ?" sualını vermək mütləqdir. Bundan sonra isə "Siri" bir neçə sualı müraciət edən istifadəçiyə ünvanlayaraq, virusa məxsus simptomları sadalayacaq. "COVİD-19" simptomlarına - quru öskürək, yüksək temperatur və təngənəfəslik daxildir. Qeyd edək ki, virtual assistent, istifadəçinin virusa yoluxan şəxslə təmasda olduğunu da dəqiqləşdirmək məqsədi ilə suallar verəcək.
Əgər bütün sadalanan simptomlar istifadəçidə aşkarlanarsa, "Siri" anında təcili yardıma müraciət etməyi məsləhət görəcək. Əks təqdirdə isə virtual assistent, evdə qalıb, başqa insanlar ilə təmasdan çəkinməyi tövsiyyə edəcək.
Sözügedən yenilik hələ ABŞ ərazisində istifadəyə veriləcək. Digər ölkələrdə isə yenilənən funksiyanın tətbiqi hələ məlum deyil.