"Microsoft" şirkəti "Windows 10" istifadəçiləri üçün faydalı bir yenilik əlavə edib. Sözügedən yenilik, təsadüfən və ya hər hansı bir səbəbə görə itirilən məlumatların geri qaytarılmasını təmin edəcək.

Open.az xəbər verir ki, "Windows File Recovery" adlı proqram "Windows 10 19 041" və daha köhnə versiyalar üçün əlçatandır. Tətbiqi ödəniş etmədən "Microsoft Store" mağazasında əldə etmək mümkündür. Alət, idarə panelindən - şəkil, video, sənəd və istənilən tip məlumatların bərpa edilməsi üçün istifadə edir.

Hətta faylların tamamilə silinməsindən sonra onlar kompüterdə mövcud olmağa davam edir. Sadəcə sistem faylları "qeydiyyat üçün boş sahə" olaraq qeyd edir. Məhz bu səbəbdən silinən faylları geri qaytarmaq onların yeniləri ilə əvəzlənən məqama qədər mümkündür.

Günel Gözəlova