Bu gün "Samsung" şirkəti Galaxy “S10”, “S10+”, “S10e” və “Galaxy Fold” adlı modellər tədqim edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, təqdim olunan modellər arasında “Galaxy Fold” modeli insanların xüsusi marağına səbəb olub. Bu modelin qatlandığı zaman telefon görünüşünə malik olması, açıldığı zaman isə tablet forması alması xüsusiyyəti ilə diqqəti cəlb edib. Ən önəmlisi isə ekran tablet formasını alması ehtimalında “Infinity Flex” adlandırılan texnologiya sayəsində qatlanma xəttinin müşahidə olunmamasına görə digər markaların oxşar modelləri ilə müqaisədə istifadəçilərin daha rəğbətini qazanacağı şübhəsizdir. “Galaxy Fold” cihazı 3 kamera, QXGA + Dinamik AMOLED 7.3 inç ölçüyə malik əsas ekran və HD + Super AMOLED 4.6 inç üst ekran, 12 GB RAM və 512 GB daxili yaddaşa malikdir.

Telefonların satış qiyməti “S10” 899$, “S10+” standart modeli 999$, “S10+” 12GB ram və 1TB olan xüsusi versiya $1499, “S10e” 749$ və Galaxy Fold” modeli üçün isə 1980$ olacağı açıqlanıb.