"Samsung" brendi son iki il ərzində münasib qiymətli "M" və "A" seriyalı smartfonlar hazırlayıb. İndi isə istehsalçı bu siyahını genişləndirmək niyyətindədir.

Open.az "91mobiles" mənbəsinə istinadən xəbər verir ki, "Samsung" brendi tezliklə "F" seriyalı münasib qiymətli kamerafonları təqdim edəcək. Cihazların üstünlüyü məhz kamera ötürücülərinin gücü ilə əlaqədardır.

Məhsullar, smartfon-bazarına 200-300 ABŞ dolları dəyərində daxil olacaqlar. Şayələrə görə ilk smartfon "Galaxy F41" adı və "SM-F415F" nömrəsi ilə brendin pərəstişkarlarına təqdim ediləcək.