Smartfon istehsalçıları artıq uzun müddətdir ki, dəyişdirilə bilinən akkumlaytordan istifadə etmirlər. Lakin tezliklə sözügedən akkumlyatorlar yenidən dəbə düşə bilər.

Open.az saytı "Sammobile" agentliyinə istinadən məlumat verir ki, - "Samsung" şirkəti 3000 mAh tutumlu dəyişdirilə biləcək batareya ilə təchiz edilən münasib seqmentə aid olan model üzərində çalışır.

Yeniliyə SM-A013 nömrə və "Galaxy A01 Core" adı ilə məşhur "Bluetooth SIG" məlumat bazasında rast gəlinib.