"Samsung", 23 sentyabr tarixində onlayn-tədbir zamanı "Galaxy S20" modelinin daha münasib qiymətli versiyasını təqdim edəcək.

Bu barədə Open.az saytı "Yonhap" agentliyinə istinadən xəbər verir.

"Samsung" brendinin pərəstişkarlarına olan münasibəti daim fərqlənir. Bu səbəbdən "Yonhap" agentliyi sözügedən modelin "Fan Edition" adı ilə texnoloji nəhəng tərəfindən məhz pərəstişkarları üçün yaradıldığını iddia edir.

Smartfon - arxa hissəsində yerləşən 3 kamera, 120 Hrz tezliyə malik 6,5 düym ekran, 6 GB operativ və ümumi 128 GB həcmində yaddaş ilə təchiz ediləcək.

"Galaxy S20 FE" smartfonunun ümumi qiyməti isə təqribi olaraq 675-760 ABŞ dolları dəyərində olacaq.