Ötən ilin oktyabr ayında "Microsoft" şirkəti özlərinin istehsalçısı olduğu "Surface Duo" adlı qatlana bilən smartfonu təqdim edib. Bu addımı atdıqdan sonra, şirkət bir müddət yenilik barəsində məlumat paylaşmayıb. Lakin indi məlum olur ki, "Microsoft" şirkətinin istehsal xəttinə cavabdeh olan rəhbəri Panay özü sözügedən smartfondan istifadə edir. Qeyd edək ki, bəzi mənbələr sözügedən smartfonu " Samsung Galaxy Fold" modelinin rəqibi olduğunu iddia edir.

Open.az xəbər verir ki, Panay, yeni cihazın öz görüntülərini təqdim etməsə də, "İnstagram"da "Microsoft Surface Duo" ilə çəkdiyi şəkili paylaşıb. Şəkildə Panayın oğlu Kostas "Surface Pro" və "Surface Headphones" naqilsiz qulaqcıqlardan istifadə edərək, dərs çalışan zaman görüntülənib. Panay, şəkili paylaşaraq, onun evdə işləcəyi müddətdə, Kostasın da ev şəraitində dərs oxuduğunu şərh bölməsində qeyd edib.

Düzdür, "İnstagram"da paylaşılan bir şəkil ilə cihazın kamerasının gücü barəsində hər hansı bir fikir söyləmək mümkün deyil.

Lakin qeyd etmək lazımdır ki, "Microsoft Surface Duo" 360-dərəcəlik şarnir ilə birləşən iki ədəd 5,6 düymlük displey, "Snapdragon 855" prosessoru, "Android" əməliyyat sistemi, stilus dəstəyi və bir ədəd frontal kamera ilə təchiz olunub. Çox güman ki, şəkillərdə məhz həmin frontal kamera vasitəsi ilə görüntülənib.