Bu günə qədər "Samsung" brendinin ötən il ərzində təqdim etdiyi smartfonlar "Android 10" yenilənməsini əldə edib. Brendin ən son model smartfonları isə qutudan çıxarılan andan yeni əməliyyat sistemi üzərindən çalışır.

Open.az xəbər verir ki, "Galaxy Fold" şirkətin ən bahalı smartfonu olduğuna baxmayaraq "Android 10" əməliyyat sistemini hələ indi əldə edib.

Yenilik ilk olaraq Fransada yaşayan istifadəçilərə təqdim olunub. Lakin Samsung şirkəti, yaxın zamanlarda hər bir "Galaxy Fold" istifadəçisi üçün mart təhlükəsizlik patçı və F900FXXU3BTCD "Rom-yenilənməsi" ilə təchiz edilən "Android 10" platformasını təqdim edəcək.

Günel Gözəlova