Cənubi Koreyalı "Samsung" şirkəti smartfonları sterilizasiya funksiyasına malik naqilsiz şarj cihazı ilə təmin edəcək.

Bu barədə Open.az "The Verge" informasiya agentliyinə istinadən məlumat verir.

"Samsung" şirkəti iddia edir ki, 10 dəqiqə ərzində sterlizatora daxil edilən cihazın səthində ultrabənövşəyi şüalanma nəticəsində 99% bakteriyalar məhv edilir.

Şirkət qeyd edir ki, pandemiyanın tüğyan etdiyi bir dövrdə sözügedən cihaza olan tələbat vəziyyətlə əlaqədar diktə edilib.

Lakin cihazın koronavirusla mübarizədə nə qədər effektiv olduğu barəsində məlumat verilmir.