2021-ci ilin yanvar ayında texnologiya nəhəngi "Samsung" yeni və gözlənilən məhsulunu təqdim edəcək. Söhbət, "Samsung Galaxy S21" flaqman smartfonundan gedir. Texno-aləmin tanınmış bloggerlərindən olan İce Universe isə öz növbəsində: Yeni məhsul haqqında daha əvvəllər məlumat paylaşsa da, hal-hazırda keyfiyyətli renderlər ilə məlumatları görüntülərdə əks etdirib, izləyicilərə təqdim edib.

Open.az xəbər verir ki, blogger tərəfindən təqdim edilən görüntülərdə smartfonlar: gümüşü, qara, çəhrayı, boz metal və qara çalarlarda əks olunublar.

Lakin, diqqəti cəlb edən məqamlardan ən əsası ideal hamar və böyük displeyin yuxarı hissəsinin mərkəzində yerləşdiyi frontal kameradır.

Əsas kamera isə üç ədəd görüntünü çəkə biləcək ötürücü optik bloklar ilə təchiz olunub. Təqdim edilən renderdə "USB Type-C" keçiricisi görünsə də, 3,5 mm-lik qulaqlıq oyuğu nəzərə çarpmır.

Daha öncə verilən məlumatların hamısına nəzər salsaq: "Galaxy S21" - 6,2 düym olan tezliyi 120 Hrz-ə bərabər, FHD+ LTPS displey, əsas kamera ötürücüsü 64 MP və iki ədəd 12 milyon pikseldən ibarət blokla təchiz oluna bilər. Smartfonunun ürəyi olaraq isə "Qualcomm Snapdragon 875" və ya "Samsung Exynos 2100" prosessorlarının seçiləcəyi gözlənilsə də, yeni 5G şəbəkə dəstəyinin əlavə edilməsi dəyişilməz qərardır. Ən sonda isə "Samsung Galaxy S21" smartfonunun Android 11 əməliyyat sistemi və 4 000 mAh tutumlu batareya ilə təchiz olunacağı deyilir.