2023-cü ildə, "Apple" brendi iki ekrana malik yeni "iPad" modelini satışa çıxaracaq.

Open.az saytı xarici mənbəyə istinadən xəbər verir ki, iki ədəd "Micro Led" ekran bir-birinə o qədər yaxın məsafədə yerləşəcək ki, aralarında olan birləşmə qatı belə hiss olunmayacaq.

Yeniliyin "iPad OS" platforması üzərindən çalışacağı güman edilir.

Bundan əlavə cihaz, zənglərə cavab verə biləcək və displey altında yerləşən frontal-kamera ilə təchiz olunacaq.

Xarici mənbənin verdiyi məlumata əsasən sözügedən "iPad" modelindən ən çox "Apple Glass" əlavə reallıq eynəyinin sahibləri maksimum fayda əldə edəcəklər.