"Sony" şirkəti bu dəfə pərəstişkarlara ağ rəngli konsol təqdim etmək qərarına gəlib. Lakin "LetsGoDigital" mənbəsi isə geymerlər üçün xüsusi olaraq qara rəngli "PlayStation 5" konsolunun keyfiyyətli renderini hazırlayıb.

Open.az xəbər verir ki, ağ rənglə müqayisədə, qara PS 5 oyun konsolu daha aqressiv və dəbli görünüş əldə edib. Bundan əlavə, məhz bu rəngdə cihazın router və ya isidici aqreqata bənzəmədiyi nəzərə çarpıb.

"PlayStation" UX Design bölməsinin vitse-prezidenti Mett Maklorin, "LinkedIn" platformasında - yeni konsolun "xüsusi" olacağını qeyd edərək, pərəstişkarlar üçün hətta qara rəngdə belə hazırlana biləcəyinin mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, "PlayStation 5" konsolunun təqdimatı 2020-ci ilin qış bayramlarına təsadüf edəcək. Konsol 8-nüvəli Zen 2 əsasında çalışaraq qrafikaya AMD RDNA 2 cavabdeh olacaq. Cihazın operativ yaddaşı 6 GB GDDR6 olub, əlavə 825 GB həcmində SSD ilə təmin ediləcək. Bundan əlavə, "Sony" şirkətinin təqdim etdiyi "PlayStation 5 Digital Edition" versiyasında BluRay -optik disk formatı gözə dəyməyib.

Günel Gözəlova