Məhşur "PUBG" oyunu üçün nəzərdə tutulan 7.2 nömrəli up-date (yenilənmə) test serverini tərk edərək, kütləyə təqdim edildi. Sözügedən yenilik özü ilə oyuna, çox gözlənilən "Rank System" gətirib.

Open.az xəbər verir ki, təchizatçılar, sözügedən rejimi sərt və güclü oyun həvəskarları üçün yaradıblar.

Virtual meydanda bacarığını nümayiş etdirmək istəyən xüsusi seçim oyunlarında iştirak etməli olacaq. TPP və FPP rejimlərindən birini seçərək onların nəticəsinə görə ilkin rank seçmək imkanı yaranacaq. Hər mübarizənin sonunda oyunçular xalları əldə edib və ya itirəcək. Mövsümün sonunda isə təchizatçılar fərqli mükafatları paylayaraq, reytinqi sıfırlayacaq.

Qeyd edilir ki, oyunlar zamanı fərqli quraşdırma və 64 oyunçu üzərindən PUBG Esports - SUPER versiyaları dəyişdiriləcək. Bundan əlavə "Rank system" Erangel, Miramar və Sanhok adlı xəritələrdən istifadə edəcək. Təchizatçılar xüsusi olaraq oyun ərzində qırmızı zona və botların olmayacağını vurğulamağı da, yaddan çıxarmayıb.

Yeni rejimin ən həyəcanlı məqamı isə təchizatçıların rejimi çiterlərdən qorumaq üçün istifadə etdiyi iki hiylədir. Belə ki, oyunçu qeydiyyatı nömrə ilə təsdiqləməli və müəyyən nəticəyə malik olmalıdır. Məsələn, ban olunan zaman istifadəçi dərhal əlavə nömrədən istifadə etsə belə, müəyyən mərhələni keçmədən "rank rejiminə" yenidən qoşula bilməyəcək.