"Xiaomi Mi CC9" smartfonlarını təqdim edərək MIUI interfeysinin qalereyasında yeni funksiyanı işə salıb.

Open.az xəbər verir ki, sözügedən funksiya "Xiaomi" və "Redmi" brendlərinin fərqli smartfonlarında - şəkillərdə səmanın istəyə uyğun olaraq dəyişməsinə imkan verəcək.

Əgər funksiya sizə maraqlı gəldisə, lakin yuxarıda qeyd edilən iki brenddən birinə məxsus smartfona sahib deyilsinizsə o zaman növbəti xəbər sizi sevindirəcək.

Belə ki, "Adobe" şirkəti analoji funksiyanı "Photoshop"da fotoların üzərinə tətbiq etmək üçün yenilənmə siyahısına daxil edib.

Hələlik isə təchizatçılar "Photoshop"da, "Sky Replacement" funksiyasının işini video çarxda əks etdiriblər.

Tətbiqə əlavə edilən yeni funksiyaya gəldikdə isə, istifadəçilər şəkillərdə həm hazır, həm də özlərinin yaratdığı presetləri tətbiq edə biləcəklər.

Yeni funksiyanın yaxın zamanlarda təqdim olunacağı gözlənilir.