Pandemiya zamanı səthə toxunmadan kilidlərin (lift, mağaza, ofis qapıları və sairə) açılması məsələsi xüsusi ilə həssas və zəruri təhlükəsizlik məsələsinə çevrildi.

Open.az xəbər verir ki, “Murakami” korporasiyası xüsusi holoqrafik düymələr ilə təchiz edilən müasir kilid texnologiyasını təqdim etdi. Sözügedən düymələrin üzərinə keçid etmək üçün səthə toxunmağa ehtiyac qalmayacaq.

Holoqram effekti – çoxsaylı xırda güzgülərin işığı rekonstruksiyaya uğradaraq səth üzərində sanki “uçan” əks yaratma qabiliyyətidir. Səthə toxunmadan düymələrə ötürəcəyiniz komandalar xüsusi ötürücülər tərəfindən tanınaraq, hər hansı prosesin icrasını təmin edir.

Sözügedən cihaz Çində liftlərdə tətbiq edilsə də, “Murakami” korporasiyası yeniliyin 2022-ci ildən sonra kütləvi şəkildə istehsalına başlamaq niyyətindədir.