"Panasonic", 5G şəbəkə dəstəkli smartfonlara uyğun optimizasiya olunan stimplank üslubunda VR-eynək nümayiş edib.

Open.az xəbər verir ki, sözügedən eynəklərin hazırlanma prosesində məşhur "Qualcomm" şirkəti bilavasitə olaraq iştirak edib.

Təqdim edilən eynəklərə gəldikdə isə "Panasonic" şirkəti gün eynəkləri qədər rahat istifadə edilə bilən model hazırlayıb. Cihaz iki ədəd OLED-panel və VR-ekran bazarında aparıcı "Kopin Corporation" və "Panasonic" brendlərinin məhsulu olan optik modul ilə təchiz edilib. Bu səbəbdən eynəklər yüksək icazəli görüntüləri dəstəkləyə bilir.

Yeniliyin tərkibinə "LUMIX" fotokameralarında istifadə edilən optik texnologiyalar əlavə edilib. "Technics" adlı şüalandırıcı isə maksimum dərəcə keyfiyyətli səs keyfiyyətini təmin edir. Ən əsası cihaz "Qualcomm" şirkətinin dəstəyi ilə 5G smartfonlara uyğunlaşdırılaraq çalışır.

"Panasonic" brendinin eynəklərinin təqdimat tarixi isə hələ məlum deyil.