ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi (United States Customs and Border Protection), 2000 ədəd saxta "Apple AirPods" qulaqlıqlarının ələ keçdiyini bildirib. Lakin sonra məlum olub ki, ələ keçirilən məhsullar orijinal "OnePlus Buds" qulaqlıqlarıdır.

Open.az xəbər verir ki, fakt aşkarlandıqdan sonra belə ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi səhvini etiraf etmək əvəzinə əksinə, ələ keçirilən məhsulların ekspert tərəfindən yoxlandığını və "Apple" ticari nişanının hüquqlarını pozduğunu bildirib.

Qeyd edək ki, istehsalından iki ay keçən "OnePlus Buds" qulaqlıqları "Apple" tərəfindən hər hansı qadağa ilə üzləşməyib.