Sərt karantin qaydaları çərçivəsində milyonlarla insanlar gündəlik həyatlarında yer alan bir çox vərdişlərdən əl çəkməli olub. Bəziləri parkda gəzişməyi, bəziləri məşq zalları və ya səs-küylü qonaqlıqlar üçün darıxsa da, müəyyən bir kütlə isə metro səsinin yoxluğunu hiss edib.

Nyu-York sakini Evan Lyuis həmin insanlardan biridir. Lakin təchizatçı nostalji hisslərə qapılmadan öncə metro səslərindən ibarət tətbiq hazırlayıb. Təchizatçı qeyd edir ki, karantindən əvvəlki müddətdə yer altında olan səsləri susdurmaq üçün o, musiqilərə qulaq asırdısa, pandemiya dövründə artıq əksinə metronun səsinin yoxluğu özünü biruzə verib.

Open.az xəbər verir ki, bu səbəbdən Evan 20-dən çox səs parçasını özündə birləşdirən "NYC Subway Sounds" adlı tətbiqi hazırlayıb. Tətbiqə, Nyu-York metro stansiyalarında səsləndirilən elanlardan başlayaraq qapıların bağlanmasına qədər olan bütün parçalar əlavə edilib.

Qeyd edək ki, "AppStore" tətbiq mağazasında "NYC Subway Sounds" 80-dən çox rəy və 4,9 xal toplayıb.