"NASA", "Atlas V" adlı raket daşıyıcının bortunda - "Perseverance" Marsda gəzən və "Ingenuity" helikopterini birgə kosmosa buraxıb.

Open.az xəbər verir ki, missiyanın məqsədinə uyğun olaraq cihazlar Marsın səthinə 18 fevral 2021-ci ildə çatacaqlar. "Perseverance" - 1025 kq çəkiyə malik olan ən böyük planet tətqiqatçıdır. "Ingenuity" isə havada 20-30 saniyə dayanaraq yüksəklikdən ətrafı görüntüləmə funskiyasına malikdir. Cihazın ümumi çəkisi isə 1,8 kq təşkil edir.

Bundan əlavə Marsda gəzən cihaz - xüsusi olaraq planetin səthində qazıntı işləri aparıb, robotlaşdırılmış əl vasitəsi ilə mineral və kimyəvi analiz edib, orqanik cisimləri aşkarlaya bilən xüsusi spektrometrlər ilə təchiz edilib.

Mühəndislər rover ilə birlikdə kosmonavt skafandrının hazırlandığı materialları göndəriblər. Məhz bu üsulla Marsın sözügedən materiallara necə təsir edəcəyi yoxlanılacaq.