"Yandex" şirkəti, Moskvanın Nəqliyyat Departamenti ilə birgə pilotsuz tramvayları istifadəyə verəcək. Bu barədə Nəqliyyat departamentinin "Telegram" səhifəsində məlumat paylaşılıb.

Open.az xəbər verir ki, sözügedən nəqliyyat vasitəsinin fasiləsiz şəkildə çalışması və tərtib edilən cədvələ ciddi şəkildə riayət etməsi belə, paylaşılan məlumatda qeyd olunur.

Moskva Nəqliyyat Departamentində, pilotsuz-tramvaylar sayəsində sürücü səhlənkarlığı nəticəsində baş verən 70% yol-qəza hadisələrinin azaldılmasına ümid edirlər.