"Xiaomi"nin yeni "MIUI 12" interfeysində faydalı OCR - adi şəkil və sənədlərin çəkilən görüntülərində mətnin aşkar edilməsi funksiyası yaradılıb.

Open.az xəbər verir ki, yenilik vasitəsi ilə görüntüdə rast gəlinən istənilən mətn parçaları asanlıqla tərcümə edilə biləcək.

Qeyd etmək gərəkdir ki, eyni manipulyasiyanı kənar tətbiqlər sayəsində həyata keçirmək mümkündür. Lakin, "MIUI 12" interfeysi smartfonun öz imkanları daxilində prosesi istifadəçilər üçün əlçatan edib.

Mənbənin verdiyi məlumata görə "Qaleraya"nın 2.2.16.16 və daha yüksək, "Xiaomi (Mi Cloud Service)" bulud servislərinin isə 12.0.0.11 və daha yüksək versiyalarında sözügedən yeni funksiya aktiv olacaq.

Texnologiya artıq dörd yeni smartfonda dəstəklənir:" Mi 10", "Mi 10 Pro", "Mi 10 Ultra" və "Redmi K30 Ultra".