İnsan həyatının dəyərli olduğunu nəzərə alsaq, hər hansı bir qəza və ya xəstəliyin törətdiyi fəsadların yalnız peşəkar həkimlər tərəfindən aradan qaldırılması mümkün olur. Həyata keçirilən əməliyyatların ən çətini isə şişlərin kəsilərək, götürülməsidir.

Open.az xəbər verir ki, sözügedən əməliyyatlara, peşəkar həkim briqadası ümumi olaraq 10 saatdan artıq zaman sərf edir. Bu müddət ərzində buraxılan istənilən yalnış isə pasiyentin həyatının itirilməsi bahasına başa gələ bilər.

Bu minvalla, Norveç universitetinin hospitalında həkim briqadasına əməliyyat zamanı robot yardım edib. Mürəkkəb əməliyyatın müddəti isə 10 saata qədər endirilərək; həm xəstənin ümumi vəziyyətinə, həm də həkim briqadasının işinə müsbət təsir edib.

1 milyon ABŞ dolları dəyərində olan robotlar iki ədəd olmaqla, "Norfolk and Norwich Hospital" tərəfindən xeyriyyə aksiyası zamanı əldə ediliblər.

Da Vinçi robotlarından biri, əməliyyat zamanı fasilə ilə çalışan 14 həkimin assistenti olaraq peşəkarlardan belə üstün nəticələr əldə edib.

Süni intellekt sahibinin yer aldığı əməliyyat zamanı; xəstənin bədənində kəsiklərin ölçüsünün daha kiçik ölçülü olması, reabilitasiya prosesinin isə daha tez və az ağrılı keçməsi müşahidə edilib.