"TikTok"un satışı ilə bağlı müzakirələr hələ də davam edir.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, son alıcının kim olacağı bəlli olmasa da, tezliklə müqavilənin imzalanması baş tutacaq.

Sirr deyil ki, "Microsoft" şirkəti "TikTok" servisini almaq niyyətindədir. İndi isə korporasiyanın tərəfdaşı olaraq "Walmart" mağazalar şəbəkəsi dövrəyə daxil olub. Riteyler, servisin ABŞ üzrə satın alınması ilə əlaqədar "Microsoft" korporasiyasıyla əlaqə saxladığını təsdiq edib.

Açıqlama xəbərindən sonra "Walmart" mağazalar şəbəkəsinin səhmləri 2% artıb.

Mənbələrin məlumatına görə, "TikTok" servisinin satın alınmasında: "Oracle", yapon holdinq şirkəti "SoftBank" və adı çəkilməyən amerikalı şirkətin maraqlı olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl "Twitter"dən bəhs edilirdi.

Sazişin ümumi qiymətinin isə 20-30 milyard ABŞ dolları həcmində olacağı deyilir.