"Microsoft" korporasiyası dünyanın ən güclü beş kompüteri siyahısına qatılan güclü cihaz hazırlayıb.

Bu barədə Open.az "interfaks" agentliyinə istinadən məlumat paylaşıb. Sözügedən superkompyuter, təsisçilərindən biri İlon Mask olan tədqiqat təşkilatı OpenAl üçün hazırlanıb.

Cihaz 285 min prosessor nüvəsi (CPU core), 10 min qrafik prosessor (GPU) və hər bir GPU server üçün 400 GB şəbəkə keçidini icazə verir.

Superkompyuter növbəti nəsil süni intellekt maşınlarının məşqi prosesində istifadəe diləcək. Çünki adı çəkilən maşınlar bir çox funksiyaları yerinə yetirəcəyi üçün daha güclü resurslara ehtiyac duyurlar.