"Microsoft"un marketinq direktoru Kris Kapossela şirkətin əməkdaşlarını aprelin 1-də zarafat etməyi qadağan edib.

Open.az xəbər verir ki, bu barədə "The Verge" saytı məlumat yayıb.

Kapossela xəbərdarlıq edib ki, 1 aprel zarafatları arzu edilməyən ola və ciddi reputasiya riskləri daşıya bilər.

O qeyd edib ki, "Gülüş Günü"ndə texnologiya şirkətləri öz kreativliyini nümayiş etdirməyə çalışsa da, lakin bu, bəzən səhvlərə yol aça bilər: "Biz nə qədər gülməli olmağa çalışsaq da, qazandığımızdan çox itirə bilərik".

Gülnar Qafarlı