"Microsoft" şirkəti "Windows 10" üçün çoxdan gözlənilən bir funksiya əlavə edib.

Open.az xəbər verir ki, artıq "Your Phone" tətbiqi bir neçə Android platformasına aid smartfonu dəstəkləyə biləcək. Bu addım "Microsoft üçün böyük çevrilişə səbəb olacaq.

"Your Phone" gəldikdə isə kompüter, smartfonlara qoşularaq cihazın yaddaşında saxlanan şəkil və mobil tətbiqlərə aid məlumatları əldə edəcək. Məsələn, ismarıcları cavablaya, zəngləri idarə etmək üçün artıq kompüterdən istifadə mümkün olacaq.

Qeyd edək ki, yenilik hələ sınaq mərhələsindədir.