ABŞ Aviasiya və Kosmos Dairəsinin (NASA) Marsa göndərdiyi seysmik araşdırma vasitəsi "Insight" Marsda kiçik bir yer sarsıntısını qeyd edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə alimlər məlumat yayıb.

Onlar "Insight"ın aprelin 6-da Marsda yüngül şiddətdə yer sarsıntısını aşkar etdiyini, bunun planetdə qeydiyyata alınan ilk zəlzələ olduğuna inandığını açıqlayıb.

Mütəxəssislərin həm aprelin 6-da qeydə alınan zəlzələni, həm də martın ortasından bu yana müəyyən edilən daha zəif üç seysmik siqnalının monitorinqini davam etdirdiyi bildirilib.

Gülnar Qafarlı

Marsda zəlzələ oldu - NASA müəyyən etdi