Son zamanların ən maraqlı siması İlon Mask bu dəfə sevdiyi oyunlar haqqında bəhs edib. Təbii ki, "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi məşğul insan olsa da, ara-sıra kompyuter oyunlarına vaxt ayırır.

Open.az xəbər verir ki, İlon Mask, məşhur amerikalı texno-blogger Markes Braunlinin paylaşdığı postu şərh edərkən, bəyəndiyi oyunları qeyd edib.

На изображении может находиться: текст

Tanınmış təsisçi klassikanı bəyənir. İzləyicilər isə Maskın siyahısında iki həftə əvvəl ikinci hissəsi debüt edən məşhur "The Last Of Us" oyununa rast gəlmədikləri üçün heyfsləniblər.

Kosmosu fəth edən Mask isə mümkün qədər yaxın zamanlarda izləyicilərin tövsiyyələrinə əmək edərək, sözügedən oyuna müraciət edəcəyini bildirib.

Günel Gözəlova