Koronavirus pandemiyasının sürətlə yayıldığı bir dövrdə, internet qlobal şəbəkəsinin yüklənməsi pik anını yaşayır. Belə ki, istifadəçilər məsafəli işləyir, bundan da əlavə video və oyun servislərinə olan tələbat yetəri qədər çoxalıb.

Open.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı Avropa İttfaqı, "Netflix" və "Youtube" kimi nəhəng servislərə müraciət edib. Müraciətdə, yayımlanan videoların görüntü keyfiyyətini azaldaraq, istifadə trafikinin az yüklənilməsinin təmin edilməsi ilə bağlı işlərin aparılmasından bəhs edilir. Qeyd edək ki, müraciətdə bəhs edilən keyfiyyət göstəricisi, vərdiş edilən HD və 4K-dan xeyli fərqlənir. Bundan əlavə müraciətdə; "Netflix" və "Youtube" platformalarının, müxtəlif operatorların və istifadəçilərin virusun yayıldığı bir dönəmdə bir olub, internetin iş qabiliyyətini qorunması ilə bağlı görüləcək tədbirlərdən bəhs edilib.
İstifadə trafiki üçün hələ ciddi qadağalar tətbiq edilməsə də, "Netflix" şirkəti 30 gün müddətində video görüntü keyfiyyətinin azaldılması ilə bağlı razılıq verib.

Bu barədə "Financial Times" agentliyi məlumat verib.