"Facebook" platformasının təchizatçıları daim yeniliklər ilə istifadəçiləri sevindirə bilir. Hal-hazırda isə platfromaya onlayn-satış üçün nəzərdə tutulan "Facebook Shops" servisi əlavə olunub.

Open.az xəbər verir ki, sözügedən onlayn satış servisi, koronavirus pandemiyasından əziyyət çəkən kiçik sahibkarlara dəstək məqsədi ilə yaradılıb.

Qeyd edək ki, asan idarə edilən tətbiq pulsuz olmaqla yanaşı həmdə asan şəkildə idarə olunur. Satıcı mağazasında təqdim edilən bütün məhsulları qiymətləri ilə birgə virtual piştaxtaya yerləşdirə biləcək. Bundan əlavə onlayn mağaza üçün logotipin əlavəsi və saytın interfeysinin dəyişimi də, sahibkarın öz istəyinə uyğun olaraq tənzimlənir.

Şirkət isə öznövbəsində "Facebook" və ya mağazanın öz səhifəsinə daxil olaraq məhsulların sifariş edilməsinin isə olduqca rahat olduğunu vurğulayıb.