"LG" şirkəti iki versiyada "Tone Free" naqilsiz qulaqlıqlarını təqdim edib.

Open.az xəbər verir ki, sözügedən TWS-qulaqlıqlar şaquli konstruksiyalı 6 millimetrlik drayverlər və "Meridian Audio"-ya məxsus səsin gücləndirilmə texnologiyası ilə təmin edilib. Korpus IPX4 standartı üzrə su və tərdən mühafizə oluna bilir. Smartfona qulaqlıqlar Bluetooth 5.0 ilə qoşulur. Qeyd edək ki, qulaqlıqların konstruksiyası sayəsində küy səsləri seyrələ bilir. Lakin "Ambient Sound" texnologiyası və xarici mikrofonlar hətta kənar səsləri eşitməyə imkan verir.

Bundan əlavə "Tone Free" qulaqlıqlarının HBS-FN6 nömrəli top versiyası qeyri adi keysə malikdir. Belə ki, futlyar sayəsində qulaqlıqlar şarj toplayarkən ultrabənövşəyi şüaların köməyi ilə 99,9 % bakteriyalardan təmizlənir.

Qulaqlıqların Avropa üzrə satışı növbəti ay ərzində baş tutacaq. Qeyd edək ki, "LG" şirkəti cihazın qiyməti barəsində hələ heç bir məlumat paylaşmır.

Günel Gözəlova