"Xiaomi" şirkəti "Mi Health 2.7.4" tətbiqinin növbəti versiyasına maraqlı yenilik əlavə edib.

Open.az xəbər verir ki, artıq "Xiaomi" brendinin smartfonlarının kamerası vasitəsi ilə ürək döyüntülərini ölçmək mümkün olacaq.

Tətbiqin lazımlı bölməsinə daxil olaraq kamera modulunun üzərinə barmağı gətirərək, az müddət gözləmək gərəkdir.

Hesablama bitdikdən sonra, tətbiq sizə 3 parametr üzrə seçim təqdim edəcək: ümumi, sakitlik və ya məşqdən sonra. Seçilən parametrə əsasən isə sonda yekun nəticə displeydə əks ediləcək.

XDA təchizatçılarının verdiyi məlumata əsasən isə, tətbiqdə eyni zamanda müəyyən zaman ərzində qeydə alınan ürək döyüntülərinin ümumi tezliyini görmək belə mümkün olacaq.