"Jakcom" şirkəti AliExpress-də rahatlığı fərqlənən "Jackom ET" bluetooth-qarniturunu satışa çıxarıb.

Open.az xəbər verir ki, qarnitur qulağa ideal uyğunluğu və görüntüsü ilə gözoxşayır. Cihazın çəkisi 8 qr, qalınlığı isə 5 mm-dir. Hər iki qulağda istifadə etmək üçün yararlıdır.

Qarnitur IP54 standartına əsasən toz və nəmdən qorunur, radiusu 10 metr olan - Bluetooth 4,1 dəstəkləyir və eyni anda iki cihaza qoşula bilir.

İstehsalçı qarnitur vasitəsi ilə sükan arxasında və ya hərəkətdə olduğunuzda belə maneəsiz olaraq, korpusa quraşdırılmış "sümük keçiriciliyi" və küyboğucu texnologiyalar sayəsində təmiz və dəqiq səslər əldə edəcəyinizi vəd edir.

Cihazın akkumlyatoru 1 saat ərzində enerji tutumunu bərpa edə bilir. Jackom ET, 70 mAh tutumlu akkumlyator ilə tam 6 saat aktiv və 120 saat gözləmə rejimində çalışa bilir.

"Jakcom" ET qarniturunun hazırki satış qiyməti 19,90 ABŞ dolları məbləğindədir.