"Panasonic" və "East Japan Railway (JR East)" dəmir yolları şirkətlərinin əməkdaşlığı nəticəsində itirilən naqilsiz qulaqlıqları tapmağa icazə verən cihaz hazırlanıb. Cihaz vakuumlu olub, tozsoranı xatırladır.

Open.az saytı "Japan Times Online" a istinadən xəbər verir ki, Tokio metrosunda iyul ayından sentyabr-a qədər olan müddətdə 78 stansiyada 950 nəfər sərnişin naqilsiz qulaqlıqlarını itirib. Əksər hallarda naqilsiz qulaqlıqlar qatar yollarının üzərinə düşərək, metro işçiləri üçün xüsusi ilə çətinlik törədir.

İlk zamanlarda cihazın qatar yollarında, çətin əldə edilən yerlərdə xırda əşyaların tapılması üçün istifadə edilməsi nəzərdə tutulur. Lakin "Panasonic" şirkəti tez bir zamanda xüsusi başlıq hazırlayaraq, itirilmiş naqilsiz qulaqlıqların tapılmasını ev şəraitində belə mümkün edəcək.