Ümumdünya İxtiraçılar Konfransı (Worldwide Developers Conference) zamanı "Apple" şirkəti iPhone smartfonlarının virtual avtomobil açarlarına çevrilməsini nümayiş edib.

Open.az xəbər verir ki, ən son iOS 13 və iOS 14 versiyaları ilə təchiz edilən "alma" platformasının smartfonları; "Tesla Model 3" və "BMW 5-ci seriyasının" avtomobillərini açıb-bağlaya biləcək. Qeyd edək ki, sözügedən avtomobillər gələn il ərzində nümayiş olunacaq.

Smartfonu virtual açara çevirmək üçün isə "Apple Wallet" tətbiqini yükləmək gərəkdir.

Günel Gözəlova