"iPhone SE (2020)" modelinin təqdimatından öncə "Apple" brendinin sözügedən smartfonun daha böyük modelini hazırlanması barədə şayələr yayılmağa başladı. İndi isə yapon mənbələr smartfon barəsində daha ətraflı məlumat veriblər.

Belə ki, "iPhone SE" modelinin ekranı əgər 4,7 düym olduğu halda yeni təqdim ediləcək modelin displeyi tam 5,5 düym olacaq. Çox güman ki, smartfon "iPhone 8 Plus" modelinin oxşar prototipidir.

Cihazın çərçivəsi barəsində məlumat olmasa da, barmaq izi skanneri kənarda yerləşdiriləcək. Smartfon A13 çipi ilə təchiz edilsə də, 5G dəstəyindən çox güman ki, məhrum qalacaq.

"iPhone SE Plus" smartfonu "iPhone 12" seriyasının flaqmanları ilə birgə payızda təqdim olunacaq.

Lakin "iPhone SE 3" smartfonu isə A13 çipi və 5G dəstək ilə təchiz edilərək 2021-ci ildə anons ediləcək.

Günel Gözəlova