"Apple" şirkəti "iPhone"larda aşkarlanan təhlükəli cəhət üzündən istifadəçiləri onları dəyişdirməyə çağırıb.

Open.az "ExtremeTech"ə istinadən xəbər verir ki, hələ yanvar ayının sonunda şirkət "iPhone" istifadəçilərini əməliyyat sisteminin ən son variantını yükləməyə çağırmışdı. Belə bir addımın da “Apple”ə heç də xas olmadığı bildirilir.

İndi isə fəallar tərəfindən göstərilən səylər sayəsində “Apple” şirkətinin bu yolla eksployt (exploit) üzündən zədələnməyə qarşı həssas olan smartfonların əllərdəki sayını azaltmağa çalışıb.

Belə ki, əməliyyat sistemindəki CVE-2021-1782 adlı təhlükəsizlik zəifliyi smartfonu məsafədən zədələmək müşkül olsa da, girişi asanlaşdıran "jailbreak" sistemini yükləmək imkanı açır: “Bu, elə də təhlükəli deyil, amma telefonunuzun qorumasını zəiflədir... "Jailbreak" vasitəsilə "iPhone"da istədiyiniz proqram yükləyə bilərsiniz ki, “Apple” buna heç də yaxşı baxmır”.

"Apple" şirkəti "iPhone"lardakı tətbiqlərə yüksək səviyyəli nəzarəti davam etdirmək üçün əməliyyat sisteminin qapalı olmasına çalışır.