"Apple", "iOS 14" mobil əməliyyat sisteminin yeni versiyasını bir neçə gün əvvəl təqdim edib.

Open.az saytı "Engadget" mənbəsinə istinadən xəbər verir ki, əməliyyat sisteminin təqdim etdiyi yeniliklərindən biri "PiP, Picture-in-picture" funksiyasıdır.

Sözügedən funksiyanın köməyi ilə "alma" platformasının cihazlarında "YouTube"-da istənilən video çarxı izləyərkən, "FaceTime" servisindən və ya hər hansı başqa tətbiqdən istifadə etmək mümkün olacaq.

Bu funksiyadan yararlanmaq üçün "YouTube", "iPhone" istifadəçilərindən servisin premium versiyasını əldə etməyi tələb edir.

Qeyd edək ki, "iPad" istifadəçiləri "YouTube" servisinin adi versiyasını istifadə edərkən belə asanlıqla funksiyadan yararlana bilirlər.