Daha əvvəl iOS əməliyyat sistemli cihazlarda olan bir çox xətalardan sonra daha ciddi bir problem meydana çıxıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bir çox xarici mənbələrdə məlumat yayılıb.

Bildirilib ki, "Facetime" olan xəta vasitəsi ilə bir şəxsin xəbəri olmadan digəri onun danışıqlarını dinləyə bilər. iOS 12.1 versiyası olan cihazlarda ("iPhone" və "iPad") meydana gələn bu xəta nəticəsində, bir şəxs digərinə "Facetime" ilə zəng edərkən qarşı tərəf zəngə cavab verməsə belə, zəng edən tərəf zəng etdiyi adamın danışıqlarını eşidə bilir. Zəngi qəbul edən şəxsin isə səsinin eşidilməsi ilə bağlı xəbəri olmur və bu barədə ona heç bir məlumat verilmir.

Bu proses necə baş verir?

Belə ki, zəng edən adam ekranı yuxarı sürüşdürərək açılan menyuda öz nömrəsini əlavə edir və zəngi qəbul edilməmiş belə olsa qrup zənginə qoşulmuş kimi olur. Bu problemdən qaçmaq üçün növbəti iOS yenilənmə versiyası çıxana qədər "Facetime"ı deaktiv etməyiniz tövsiyyə olunur.