"iPhone 13" smartfonu "Always-On-Display" rejimi və nəhayət 120 Hz tezlik ilə təchiz olunacaq.

Open.az insayder Vaynbax-a istinadən xəbər verir ki, bu barədə insayder Maks Vaynbax məlumat paylaşıb.

Yeni "alma" brendinin smartfonun ekranında daima - saat, tarix, vidcetlər və daxil olan bildirişlər əks ediləcək. Sözügedən modellər adaptiv 120 Hz yenilənmə tezliyinə malik "ProMotion" displey ilə təmin olunacaqlar.

Qeyd edək ki, sözügedən keçidli displeylər artıq "Samsung" tərəfindən istifadə edildiyi halda "Apple" hələ ki, 60 Hz tezlikli ekranları tətbiq edir. Bəzi mənbələr isə seçilən brendin məhz bu displeyləri hələ "iPhone 12" smartfonlarına əlavə edəcəyini, lakin akkumlyator ehtiyatının tez bitməsi səbəbi ilə yenilikdən imtina etdiyini bildirirlər.

Son olaraq isə Maks Vaynbax brendin pərəstişkarlarına müraciət edərək, yeni "iPhone 13" modellərinin dizaynında xüsusi dəyişiklik olmayacağını bildirib.