Texno-nəhəng "Apple" şirkəti 15 sentyabr tarixində "Time Flies" adlı mətbuat konfransını keçirəcəyi barəsində məlumatı təsdiq edib.

Open.az "Gizmochina" texnoloji bloquna əsasən xəbər verir ki, tədbir zamanı ağıllı saatlardan "Apple Watch" və "iPad" planşeti təqdim olunacaq.

Gözlənilən "iPhone 12" seriyasına daxil flaqmanlara qaldıqda isə yeniliklərin belə məhz sabah düzənlənən tədbir zamanı təqdim olunacağı bildirilir. Bu barədə "PinDuoDuo" onlayn-platforması məlumat paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl "iPhone 12" smartfonlarının ümumi tədbir zamanı deyil, bir müddət sonra təqdim ediləcəyi kimi müzakirələr şəbəkədə mütamadi olaraq peyda olurdu.