Şəbəkədə bir müddət əvvəl “iPhone 12” modelinin real şəkilləri peyda olub.

Open.az xəbər verir ki, şəkildə “iPhone” modellərinə məxsus ənənəvi üst kəsiyə, bu modeldə rast gəlinməyib. Əvvəllər bu tip cihazlar yalnız kompüter qrafikası ilə hazırlanırdısa, indi isə çinli mənbələr yeni modelin real şəkillərini paylaşıb.

Paylaşılan son görüntülər isə şəbəkədə, “Apple” brendinin “iPhone 12” modelini sentyabra qədər təqdim edəcəyi barədə bir çox müzakirələrə yol açıb. Qeyd edək ki, çinli tərəfdaşlar istehsalata başlamağa cəhd etsələr də, koronavirus "alma" platformasının gözlənilən modelinin təqdimatını xeyli gecikdirə bilər.

“iPhone 12” modelinin görünüşünə gəldikdə isə paylaşılan şəkilə əsasən məlumat vermək olar ki; ekran həqiqətən də çərçivəsiz, dar, üst kəsiksiz və yalnız frontal kamera ilə təchiz olunub.

Arxa panel isə hər kəsə artıq məlum olan, yalnız yenicə əlavə edilən dördüncü ötürücü və ya ToF kamera ilə təchiz olunub. ToF kamera, çəkilən səhnənin daha dərin alınması üçün istifadə edilir.

Mənbə bildirir ki, şəkillər “Apple” şirkətinin keçmiş işçisi tərəfindən şəbəkədə yayılıb. Atdığı bu addım görə isə həmin işçi şirkətdəki işindən azad edilib.