Tanınmış Ming Chi Kuo və "Barclays" Britaniya bankının analitikləri "iPhone 12" seriyasının smartfonlarının qulaqlıq və şarj cihazı ilə təmin edilməyəcəyini bildiriblər. Hal-hazırda isə "Apple" şirkəti özü məsələ ilə bağlı şayələrə səbəb olacaq sorğu keçirib.

Open.az xəbər verir ki, sorğuda istifadəçilərdən, köhnə şarj adapterinin aqibəti (Lightning naqili deyil) barəsində rəy bildirmələri rica edilib. Belə ki, şirkət yeni seriyanı təqdim etməzdən əvvəl möhkəm bünövrə yaratmaq niyyətindədir.

Lakin keçirilən sorğu və analitiklərin proqnazları hələ növbəti "iPhone" cihazlarında şarj alətinin tamamilə yığışdırılmasına dəlalət etmir.

Xatırladaq ki, şirkət bir ara "MacBook Pro" cihazlarında qulaqlıq kəsiyi barəsində bir sıra sorğular keçirsə də, nəticə etibarı ilə sözü gedən hissədə dəyişiklik etməmişdir.

Günel Gözəlova