İyunun axırında təchizatçılar üçün düzənlənən WWDC konfransında "Apple" smartfon və planşetlər üçün nəzərdə tutulan "iOS 14" və "iPadOS 14" əməliyyat sistemlərinin yeni versiyalarını nümayiş edib. İndi isə sözügedən yenilənmələrin beta versiyaları kütləyə təqdim edilib.

Open.az xəbər verir ki, əgər bu vaxta qədər sınaqlar ancaq təchizatçılar arasında keçirilirdisə artıq yenilənməni istifadəçilər özləri belə test edə biləcək. Beta versiyalar "Apple Beta Software Program" iştirakçıları üçün əlçatandır. Onları rəsmi saytdan tapmaq mümkündür. Lakin qeyd edək ki, bu tip yeniliklərdə səhvlərə belə rast gəlmək olur.

"iOS 14" və "iPadOS 14" yenilənmələrinin stabil versiyaları payız aylarında gözlənilir. "iOS 14" yenilənməsini "iPhone 6s" və daha yeni model smartfonlar, "iPadOS 14" - isə "iPad Air 2", beşinci nəsil "iPad", "iPad mini 4" (və daha yeni modellər) və "iPad Pro" (bütün modellər) əldə edəcək.

"iOS 14" versiyasına - yeni interfeys, bölmələr, rejim və Siri üçün tərcüməçi funksiyası əlavə olunub. "iPadOS 14" - isə "Multi-Touch" imkanlarından, "Apple Pencil" qələminin yenikləri və bir neçə əlavədən yararlana biləcək.