"İnstaqram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Open.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Avropa ölkələri və Hindistanda müşahidə edilib.

İstifadəçilərin təxminən 63 faizi saytın işində, 23 faizi xəbər lentində, 13 faizi isə qeyd yazılarına daxil olarkən problemlərlə üzləşiblər.