Populyar sosial şəbəkə "İnstagram" nasazlıqdan sonra işini bərpa edib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə resursun nümayəndələri "Twitter" hesabında məlumat yayıb.

"Biz qayıtdıq", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ötən günün ikinci yarısından dünyanın bir sıra ölkələrində "Facebook" və "İnstagram" sosial şəbəkələrinin işində nasazlıqlar yaranıb.

Gülnar Qafarlı