Ötən ilin iyun ayında istifadəyə verilən "İnstagram IGTV" üçün dəyişikliklər edilib.

Open.az "CNN"ə istinadən xəbər verir ki, artıq təqib etdiyiniz istifadəçilərin "İnstagram IGTV" videoları ana səhifəsində göstəriləcək.

Sosial şəbəkə bu yeniliklə həm "IGTV"nin, həm də istifadəçilərin bir-birinə olan qarşılıqlı təsirini artırmağı hədəfləyib.

Beləliklə şirkət istifadəçilər tərəfindən maraq görməyən video xidmətini daha da göz önünə çıxardacaq.

Gülnar Qafarlı