Populyar sosial şəbəkə "İnstagram" platforma bazasında istifadəçilərin narahatedici şərh və məzmunları əngəlləmək üçün əhəmiyyətli bir addım atmağa hazırlaşır.

Open.az "CNN"ə istinadən xəbər verir ki, hələ test mərhələsində olan xüsusiyyət aktiv hala gələn zaman təhqiredici məzmun bölüşənlərin digər istifadəçilərlə qarşılıqlı təsiri tamamilə kəsiləcək.

"Kölgə Qadağası" (Shadow Ban) olaraq da adlandırılan bu yenilik sistemdə fotoların altına təhqiredici sözlər yazan və həddindən artıq "hashtag"dan istifadə edərək görüntü çirklənməsi yaradan istifadəçilərə əvvəl xəbərdarlıq göndərəcək.

İstifadəçilər "İnstagram" tərəfindən göndərilən "bu şərhi göndərmək istədiyinizə əminsinizmi?" sualı ilə əvvəl xəbərdarlıq alacaq.

Ancaq xəbərdarlıqlara baxmayaraq, istifadəçi eyni hərəkəti etməyə davam edərsə, fəaliyyəti məhdudlaşdıracaq. Onlar artıq "İnstagram"da görünməyəcək, şərhləri oxunmayacaq.

Gülnar Qafarlı

İnstagram